azturkxeber.az
http://azturkxeber.az

Nəsimi rayonunda oğurluq edən 4 nəfər saxlanılıb

04-06-2025

Nəsimi rayonunda yerləşən iki mağazada oğurluq hadisəsi qeydə alınıb. Obyektlərdən ümumi dəyəri 435 manat olan qızıl-zinət əşyası və kosmetik vasitələr oğurlanıb.

Azturkxeber.az-ın məlumatına görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 58 yaşlı R.Ağayev və 33 yaşlı N.Səlimova saxlanılıblar.

Bundan başqa, rayon ərazisində yerləşən evdən 600 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda, eləcə də bir nəfərin bank kartından 2040 manatı talamaqda şübhəli bilinən 29 yaşlı V.Əliyev və 53 yaşlı R.Hüseynov saxlanılıblar.

Araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30