azturkxeber.az
http://azturkxeber.az

FHN sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirib

04-06-2025

Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunması istiqamətində maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Növbəti maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi, Beyləqan və Tərtər rayonlarının, Şimal-qərb Regional Mərkəzi tərəfindən isə İsmayıllı rayonunun sel təhlükəli kəndlərində təşkil olunub.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları ilə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30