FHN sel təhlükəsinə qarşı maarifləndirməni gücləndirir
Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən bildirilib ki, bu çərçivədə sel təhlükəli ərazilərdə yaşayan sakinlərin nazirliyin regional mərkəzləri tərəfindən sel-daşqın təhlükəsi barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Növbəti belə maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi (RM) tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Laçın və Tərtər rayonlarının, Aran RM tərəfindən Ağdaş, Goranboy, Göyçay və Kürdəmir rayonlarının, Şimal RM tərəfindən Xaçmaz, Şabran, Siyəzən, Quba və Qusar rayonlarının, Şimal-qərb RM tərəfindən İsmayıllı, Qəbələ, Oğuz və Balakən rayonlarının sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:






