azturkxeber.az
http://azturkxeber.az

Martda fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

28-04-2025

Martda fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması cari ilin mart ayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq 33,1 faiz təşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, fiziki şəxslərin əmanətlərinin 66,4 faizi (9,785,1 milyon manat) milli valyutada, 33,6 faizi (4,959 milyon manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 61,1 faizi (9,009,3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2,3 faiz və ya 204,7 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16,799,2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,5 faizini təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930