Filippində Kanlaon vulkanı püskürüb

Filippinin Neqros adasındakı Kanlaon vulkanında püskürmə baş verib.Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Kanlaon vulkanının yerli vaxtla saat 05:51-də aktivləşdiyini açıqlayıb.
İlkin məlumatlara görə, püskürmə zamanı vulkandan 4 min metr yüksəkliyə kül səpilib. Püskürmələrdən sonra Kanlaon vulkanı üçün xəbərdarlıq səviyyəsi 2-dən 3-ə qaldırılıb.Qeyd edək ki, Kanlaon vulkanı 2024-cü ilin iyun və dekabr aylarında aktivləşmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: