azturkxeber.az
http://azturkxeber.az

Məhəmməd Salah Premyer Liqada məhsuldarlıq rekordunu təkrarlayıb

27-02-2025

Məhəmməd Salah Premyer Liqada məhsuldarlıq rekordunu təkrarlayıb


İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada öz məhsuldarlıq rekordunu təkrarlayıb.

32 yaşlı hücumçu bunu ölkə çempionatının XXVII turunda "Nyukasl”la oyunda (2:0) assist etməklə bacarıb.

Misirli oyunçu Mersisayd təmsilçisinin heyətində bu mövsüm 28 oyunda 25 qol vurub və 17 məhsuldar ötürmə edib. O, bundan əvvəl Premyer Liqada ən yaxşı nəticəsinə 2017/2018-ci illər mövsümündə imza atıb - 32 qol, 10 məhsuldar ötürmə.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 39 matçda 30 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728