azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının tədbirində iştirak edib

26-11-2024

Noyabrın 26-da Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu işə başlayıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli X Qlobal Forumun açılışında iştirak edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Alyansın yaranmasının 20 illiyinə həsr edilən forumun açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Souza, İspaniya Kralı VI Filip, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Baş katibin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər qonaqlar iştirak ediblər.

Forum çərçivəsində “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun yüksəksəviyyəli görüşü və "Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930