Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçirilir. Builki forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.
azturkxeber.az xəbər verir ki, forumun açılış mərasimindən sonra “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun yüksəksəviyyəli görüşü keçirilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.
Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən etibarən Sivilizasiyalar Alyansının da tərəfdaşlığı ilə ölkəmizdə altı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Adil Kərimi Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib
Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının tədbirində iştirak edib
QMİ sədri: Dünyanı narahat edən ən mühüm məsələlərdən biri Yaxın Şərqdə və Ukraynada cərəyan edən faciəvi hadisələrdir
Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır.
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir