Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə noyabrın 25-də Portuqaliyaya səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən bildirilib ki, şeyxülislam noyabrın 26-27-də Portuqaliyanın Kaşkai şəhərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu yubiley Qlobal Forumunun açılışına qatılacaq. O, eyni zamanda, “Bəşəriyyət naminə iyirmiillik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda və “Dini məkanların mühafizəsi üzrə qlobal konfrans”da çıxışlar edəcək.
BMT-nin Baş katibi Antonio Quterreş də Sivilizasiyalar Alyansının yaranmasının iyirmiilliyinə həsr olunmuş 10-cu Qlobal Forumda iştirak edəcək.
A.Paşazadə noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısına da qatılacaq.
Qeyd edək ki, şeyxülislam Direktorlar Şurasının üzvüdür.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Dini liderlər qlobal Bakı Sammitinə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
Yaşıl sivilizasiyanın COP29 anonsu