azturkxeber.az
http://azturkxeber.az

Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq

07-11-2024 Baxılıb: 1

Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması təklif edilir.

azturkxeber.az xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə birinci oxunuşda daxil edilmiş “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırır. Komitəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin üç hakimi, apellyasiya instansiyası məhkəmələrinin üç hakimi, birinci instansiya məhkəmələrinin üç hakimi daxildir.

Məhkəmə-Hüquq Şurası Hakimlərin Qiymətləndirilməsi Komitəsindən daxil olmuş yekun rəyi iclasında müzakirə edir və hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinin təsdiqinə dair qərar qəbul edir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yekun rəyi hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyasında müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda, habelə ziddiyyətli olduqda Məhkəmə-Hüquq Şurası əsaslandırılmış qərarı ilə yekun rəyi ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarır. Bu zaman Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurasının qərarını nəzərə almaqla, yekun rəydəki çatışmazlıqları aradan qaldırır və yenidən Məhkəmə-Hüquq Şurasına təqdim edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031