azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər.

26-12-2024 Baxılıb: 17

      Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. 
     Yola saldığımız 2024-cü ilin son günlərində -  dekabrın 24-də keçirilən 2024-cü ilin idman yekunlarına həsr olunan görüşü ölkə başçısı öz doğum günündə keçirib və bu da ölkəmizdə idmana olan diqqət və qayğını göstərir. Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya  idmanında öz yerinə və sözünə malik ölkə olduğunu bir daha sübut edir. 
     İdman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan idmanına olan dövlət qayğısından geniş bəhs etdi. Ölkə başçısı vurğuladı ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir. Mərasimdə dövlət başçısı ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş uğurlar münasibətilə onları təbrik edib. Ölkə rəhbəri bildirib ki,  2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə yaxın medal qazanılıb. Bu onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İlin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında Azərbaycan idmançları tarixi nəticə əldə ediblər.  Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülub, komanda hesabında ölkəmiz 30-cu yerdə qərarlaşıb. Bu, da idmanımızın tarixində ən yüksək nəticədir. Bütövlükdə isə iki yüzdən çox milli komandanın iştirak etdiyi  Olimpiya Oyunlarında 30-cu olmaq çox böyük nailiyyətdir.   
     2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev beynəlxalq aləmdə baş verən proseslərə də diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. 
     Son 21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız cənab İlham Əliyevin idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.

Məhərrəm Abışov 
Salyan rayonu, təqaüddə olan məşqçi-müəllim






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031