azturkxeber.az
http://azturkxeber.az

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişdirilir

10-12-2024 Baxılıb: 0

IMG

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişdirilir.

Bu məsələ “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd layihəsinə əsasən, komissiyalar “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlanacaq.

Layihəyə görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanında yaradılan katibliyin həyata keçirdiyi vəzifələr də müəyyənləşir. Layihədə yerli komissiyaların fəaliyyət istiqamətlərinə dair müddəalar mövcud münasibətlər sisteminin dəyişim dinamikasını nəzərə alaraq təkmilləşdirilir, hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirləri və fərdi profilaktik işin daha təkmil formada qurulması üçün yaradılan mexanizmlərin sayı artırılır.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031