azturkxeber.az
http://azturkxeber.az

Rəsədxana: Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır

03-12-2024 Baxılıb: 0

IMG

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəş fəallığı zəifləyib. Hazırda Günəş küləyinin sürəti normaldır.

Dekabrın 8-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olması gözlənilir.

Günəş küləyinin sürətinin noyabrın 27-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə yüksələcəyi, dekabrın 3-4-də isə nominal göstəriciyə geri dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin sakit və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031