azturkxeber.az
http://azturkxeber.az

Uşaqlar üçün sağlam qidalanma ilə bağlı maarifləndirici tədbirlər keçirilir

29-11-2024 Baxılıb: 1

IMG

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində sağlam qidalanmanın təbliği və təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, maarifləndirici tədbirlərin əsas məqsədi uşaqları düzgün qidalanma qaydaları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat vermək, qida təhlükəsizliyi mövzusunu təbliğ etmək, uşaqlara qida təhlükəsizliyi ilə bağlı bilik və müvafiq vərdişləri aşılamaqdan ibarətdir.

Tədbirlərdə “Sağlam qidalanaq, sağlam yaşayaq”, “Sağlam həyat, sağlam qida” kimi mövzularda uşaqlarla fikir mübadiləsi aparılır, düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilir. Həmçinin uşaqları maraqlandıran suallar cavablandırılır və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılır.

Sonda uşaqlar sağlam qidalardan müxtəlif yeməklər hazırlayırlar.

Qeyd edək ki, sağlam qidalanma ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031