azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Çin universitetləri magistratura üzrə ikili diplom proqramı imzalayacaq

27-11-2024 Baxılıb: 1

IMG

Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib.

BDU-dan verilən məlumata görə, görüşdə hər iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. BDU-nun Fizika fakültəsi ilə Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsi arasında ikili diplom proqramı üzrə ixtisaslaşma istiqamətləri, tədris proqramlarının uyğunlaşdırılması və tələbə mübadiləsi mexanizmləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Sonda “Yarımkeçirici cihazlar və mikroelektronika”, “Optoelektronika” və “Kvant elektronikası” kimi sahələrdə magistratura səviyyəsində ikili diplom proqramının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.

Qeyd edək ki, BDU ilə Çinin Anhui Universiteti arasında 2023-cü ildə “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı imzalanıb. Bu layihə Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi, BDU və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə əsasında icra olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031