"Ulu Öndərin Yolu Xalqa Xidmət Nümunəsidir"
Dünyanın nadir tarixi dahi şəxsiyyətlərindən olan Heydər Əliyev demək olar ki,bütün dünyada bütün dünya xalqlarının hər zaman böyük həsəd apararaq hədsiz maraq göstərdiyi bir düha olub.
Heydər Əliyev şəxsiyyəti böyük bir məktəb olmaqla tam öyrənilməsi üçün yüzilliklər tələb olunan zəngin xəzinədir.
Bu dahi insanın Azərbaycan xalqı qarşısındakı xidmətləri danılmazdır.
İstər keçmiş sovet hakimiyyəti illərində,istərsə də hakimiyyətə ikinci dəfı qayıdışından sonrakı dövrdə Ulu öndər Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərə böyük önəm vermiş Azərbaycançılıq prinsiplərini üstün tutmuşdur.
Məhz bunun nəticəsidir ki,hələ sovet hakimiyyəti illərində istər Azərbaycana rəhbərlik etdiyi dövrdə,istərsə də keçmiş SSR rəhbərlərindən biri oldugu zaman hər an yüksək dərəcədə nəzərə çarpacaq millətçilik nümayiş etdirməsi və Azərbaycanın keçmiş sovet respublikaları içərisində önə çəkilməsinə çalışması,ən əsası da buna nail ola bilməsi əlbəttə ki,diqqətdən kənarda qalmırdı və hələ o illərdə qədirbilən Azərbaycan xalqı bu böyük insanın Azərbaycanlı olması qürur duyurdu.
Bəli,elə məhz bu qürurun nəticəsidir ki,sovet hakimiyyəti illərindən xalqda Ulu öndər Heydər Əliyevə qarşı böyüj inam və güvən yaranmışdır.
Bəli,illər keçdikcə xalqən qəlbində dərin kök salan bu yüksək insan dahada möhkəmləndi və Azərbaycanın ən çətin günündə ölkəmiz öz müstəqilliyi itirmək təhlükəsi ilə qarşılaşdıgı zaman xalqın yeganə ümidi yalnız Heydər Əliyev oldu və xalqın təkidi ,tələbi ilə Ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu,milyonlarla xalq kütləsi məhz Heydər Əliyevin ətrafında sıx birləşərək öz taleyini Heydər Əliyevə etibar etdi və məhz bundan müstəqil Azərbaycanın tarixində yeni dövr başladı.
Ulu öndərin hakimiyyət tarixi qayıdışından dərhal sonra Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olundu.
Ölkədə anarxiya və xaos yaratmaga çalışan xainlər böyük məharətlə zərərsizləşdirildi,sabitlik və əmin-amanlıq bərqərar olundu,ölkədə neft strategiyasının əsası qoyuldu,regionların inkişafına başlanıldı,ölkədə özəl sektora geniş imkanlar yaradıldı.
Aqrar islahatlara başlanıldı və aqrar islahatlar tez bir zamanda ugurla başa çatdırıldı.
Ən əsası da Ulu öndər Heydər Əliyevin qətiyyətli və yüksək əzmkarlıgı ilə "Əsrin Kontraktı" imzalandı .
Azərbaycan dünyada tanınmaga başladı.
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komisiyası yaradıldı və Azərbaycanın ilk müstəqil Konstitusiya aktı qəbul olundu.
Beləliklə də Azərbaycan Respublikası Konstitusiyası ilə idarə olunan hüquqi demokratik dövlətə çevrildi.
Azərbaycan gündən-günə sürətlə inkişaf edərək Qafqazda keçmiş sovet respublikaları içərisində Rusiyadan sonra ikinci ən güclü dövlətə çevrildi.
Heç kəsə sirr deyil ki, Ulu öndərin ən böyük arzusu yagı düşmən tapdagı altında olan torpaqların işgaldan azad olunması idi ki, möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində Ulu öndərimizin bu arzusu da artıq həyata keçirildi və çoxlu sayda həmvətənlərimiz öz dədə-baba yurdlarına qovuşmuş oldular.
Bəli,bu gün qalib sərkərdəmiz cənab İlham Əliyev başda olmaqla bütün xalqımız öz dahi liderinin anadan olmasının 101-ci ildönümünü qalib xalq olaraq qeyd edir.
Yaşasın Heydər Əliyev!
Yaşasın hakimiyyət-xalq birliyi!
Yaşasın qalib Azərbaycan!
Zöhrə Səmədova.