azturkxeber.az
http://azturkxeber.az

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik

17-11-2024 Baxılıb: 0

IMG

Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşü yaddaqalandır. İlk dəfədir ki, Parlament Görüşünü iki gün ərzində keçirdik. Çünki müzakirə etdiyimiz məsələlərin önəmi baxımından daha çox vaxt ayırmaq istədik. Bu, təşkil etdiyimiz ən geniş auditoriyaya malik görüş olacaq.

Bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün sonuncu iclasında çıxışı zamanı deyib.

“Parlament Görüşünün yekun sənədində parlamentlərin iqlim böhranı ilə mübarizədə rolu yer alır. Bu, geniş konsultativ məşvərət prosesinin yekunudur. Biz geniş parlament üzvlərinin fikirlərini almağa çalışdıq. Bu, parlamentlər üçün yol xəritəsini və öhdəliklərini göstərir. Eyni zamanda, birliyin, bərabərliyin önəmini vurğulayır. Biz bilirik ki, iqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik. Biz istərdik ki, parlamentlər iş birliklərini davam etdirsinlər, ümumi kampaniyalara qoşulsunlar. Hamımız qətiyyətli tədbirlərə keçməliyik”, - deyə Martin Çunqonq diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031