azturkxeber.az
http://azturkxeber.az

XİN rəsmisi: Azərbaycanın diplomatik xidmətini tənzimləyən yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır

09-12-2024 Baxılıb: 0

 

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi beş fəsil və 31 maddədən ibarətdir. Layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlər araşdırılıb. Bununla yanaşı, diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib.

Bu fikirləri Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin dekabrın 9-da keçirilən iclasında “Diplomatik Xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması zamanı müvafiq sənədlər və məlumatlar təhlil olunub, layihənin tənzimləmə predmeti baxımından uyğun bilinən rəy və təkliflər nəzərə alınaraq yekun mətni tərtib edilib. Bundan əlavə, layihə Nazirlər Kabineti tərəfindən müvafiq dövlət orqanları ilə razılaşdırılıb. Yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik Xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv ediləcək. Yeni qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Sosial Sığorta, Dövlət Qulluğu haqqında qanunlar, habelə diplomatik nümayəndəliklərdə və konsulluqlarda çalışan diplomatik xidmət əməkdaşlarına və inzibati texniki xidməti yerinə yetirən şəxslərə dair bir sıra dəyişikliklər ediləcək.

“Qanun layihəsinin qəbulu ilə diplomatik xidmətdə rast gəlinən və 2001-ci il tarixli qanunla tənzimlənməyən bəzi aktual məsələlərə dair hüquqi baza yaradılacaq. Bu dəyişikliklər diplomatik xidmətin müasir tələblərə uyğun tənzimlənməsini təmin edəcək”, - deyə H.Hüseynov vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031