azturkxeber.az
http://azturkxeber.az

Pakistan nümayəndə heyəti BDU-da olub

23-11-2024 Baxılıb: 1

IMG

Pakistan İslam Respublikasının Baş nazirinin gənclər proqramı üzrə nümayəndəsi Fahad Şahbaz və Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari Bakı Dövlət Universitetinin qonağı olublar.

Universitetdən verilən məlumata görə, rektor Elçin Babayev qonaqlara universitetin tarixi və fəaliyyəti barədə məlumat verib.

Rektor bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük universitetidir. BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.

Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari müəllim-tələbə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qeyd edib ki, əsası 1999-cü ildə qoyulan Lahor Universiteti QS dünya universitetlərinin reytinqində 951-1000, “Times Higher Education” reytinqində isə 801-1000-ci pillədə qərarlaşıb. Universitetin 11 fakültəsində 35 mindən artıq tələbə təhsil alır. Universitetdə 5 elmi-tədqiqat mərkəzi və 3 texnopark fəaliyyət göstərir.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031