azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

26-11-2024 Baxılıb: 1

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda - ümumilikdə 7565 ampula, 1781 flakon, 10207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1238 şprisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031