azturkxeber.az
http://azturkxeber.az

MDB PA Şurasının katibliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

26-12-2024 Baxılıb: 3

 MDB PA Şurasının katibliyi  “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

 “Azərbaycan təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı MDB Parlamentlərarası Assambleya Şurasının katibliyi adından dərin hüznlə başsağlığı veririk.
MDB PA-ya üzv ölkələrin parlamentlərinin səlahiyyətli nümayəndələrinin hamısı Azərbaycan xalqının kədərinə şərik olduqlarını, bu dəhşətli faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiklərini ifadə edirlər”.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031