Numan Kurtulmuş təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verdi
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Numan Kurtulmuş "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi