Həqiqi hərbi xidmətkeçmədə son yaş həddinin 30-a endirilməsi təqdirəlayiqdir-SİYAVUŞ NOVRUZOV
"Keçmişdə iki uşağı olan hərbi xidmətə çağırılmırdı. Sonra 3 uşağı olan hərbi xidmətə çağırılmadı. Nəzərə alaq ki, bir şəxsin 2 övladı var, onu hərbi xidmətə çağırırıq. İki övladın saxlanılmasının özü dövlətə köməkdir. Valideyn çağırılır hərbi xidmətə, iki uşaq anası ilə evdə qalır. Ola bilər, uşaqların anası işləyir və ya işləmir. Bu məsələyə gələcəkdə baxılmalıdır. Bunun mənəvi tərəfi də var. Hamı üçün şərəfdir ki, valideyni hərbi xidmət keçsin. Amma iki uşaq 18 ay öz atasını görmür. Belə olan halda həmin uşağın böyüməsində gələcəkdə müəyyən problemlər yarana bilər. Bunların sayı elə də çox deyil. Gələcəkdə buna diqqət etməliyik. Üç uşaq məsələsini iki uşağa endirsək, daha məqsədəuyğun olar"
Azturkxeber.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən plenar iclasında deyib. O, bir daha vurğulayıb ki, həqiqi hərbi xidmətkeçmədə son yaş həddinin 30-a endirilməsi təqdirəlayiqdir. 35 yaşında ancaq həvəskarlar, istəyənlər xidmət edə bilər. 18 yaşındakı çağırışçı ilə 35 yaşında olan çağırışçının eyni zamanda xidmət keçməsi hərbi nizamnaməyə uyğun gələn prosedur deyil.
Milli Məclisin deputatı Siyavuş Novruzov