azturkxeber.az
http://azturkxeber.az

"Azərbaycan heç bir dövlətdən asılı olmayan bir dövlətdir"-KAMİLƏ ƏLİYEVA 

21-12-2024 Baxılıb: 11

Azərbaycan  dövlətinin xarici siyasətinin əsas prioritetlərindən biri də qonşu dövlətlərlə dostluq münasibətlərinin qurulmasıdır. Azərbaycan heç bir dövlətdən asılı olmayan bir dövlətdir və Prezidentimuz cənab  İlham Əliyev  müstəqil xarici siyasət həyata keçirir.  
Ölkə başçımız "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə Azərbaycanla Rusiya arasında mövcud siyasi,  iqtisadi əlaqələr, bu gün beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı geniş müsahibə verdi. 
Bu gün Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. 2022-ci ilin fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə iki dövlət arasında münasibətləri daha yüksək səviyyəyə qaldırdı. Son dövrlər dünyada baş verən gərgin geosiyasi vəziyyət Azərbaycanla Rusiya arasındakı əməkdaşlığa mənfi təsir göstərməmişdir. Sovet İttifaqı dağıldıqdan sonra iki dövlət arasında mövcud olmuş sıx iqtisadi,  siyasi əlaqələr bu Bəyannamənin imzalanmasına səbəb olan amillərdən biridir. Prezident cənab İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfərləri ölkələr arasında  əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə böyük təsir göstərir. Cari ilin yayında Prezident Putinin Azərbaycana səfəri Azərbaycanla Rusiya arasındakı müttəfiqlik münasibətlərini təsdiqləməklə yanaşı, yeni qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdi. Ölkələr arasındakı etibarlı tərəfdaşlıq kölgədə olan digər məsələlərin də həll olunmasına töhfə verir. 
Bu gün Rusiya ilə NATO arasında  böyük gərginlik müşahidə olunur.   Demokratların ABŞda hakimiyyəti dövründə NATO ilə Rusiya arasında böyük fikir ayrılıqları yaranmışdır. Təxminən bir aydan sonra Respublikaçılar partiyasından yenidən Prezident seçilən Trampın bu gərginliyin yumşaldılmasına düşünürəm ki, nail olunacaq. Rusiya ilə NATO arasında yaranmış qarşıdurmadan nəinki region dövlətlər, bütün dünya dövlətləri böyük ziyan çəkə bilər. 
Azərbaycan dünyada yeganə dövlətdir ki, həm Rusiya, həm də NATO üzvü olan Türkiyə ilə müttəfiq olan ölkələrdir.
Bu gün Azərbaycan Ordusu Türkiyə Ordusu ilə birgə hərbi təlimlər keçirir. Bu ölkələrimizin silahlı qüvvələrinin peşəkarlığına müsbət təsir göstərir. 2021-ci ildə Azərbaycanla Türkiyə Cümhuriyyəti arasında strateji müttəfiqlik haqqında Bəyannamə  də imzalandı. Bəyannamənin bəndinə əsasən hər hansı dövlət Azərbaycan və Türkiyəyə hərbi müdaxilə edərsə, dövlətlər bir-birinə hərbi dəstək göstərəcək. Azərbaycanın hərbi arsenalında Türkiyə və digər ölkələrlə yanaşı Rusiya istehsalı olan silahlar da mövcuddur. Rusiyanın hərbi sənaye kompleksi dünyanın ən müasir silahlarını istehsal edir. Azərbaycan Rusiyadan bu cür müasir silahlar almaq üçün müqavilələr də imzalamışdır.
Prezident cənab İlham Əliyevin xarici siyasətinin əsasını bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər üzərində qurulması təşkil edir. Azərbaycan digər dövlətlərlə yanaşı Fransa ilə də dostluq münasibətlərinin qurulmasına maraqlı olmuşdur. Təəssüflər olsun ki, Fransa bu dostluq münasibətlərini qiymətləndirmədi.  ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa  Azərbaycanla Ermənistan  arasında mövcud olan münaqişə zamanı bitərəf mövqe nümayiş etdirmək əvəzinə hər zaman Ermənistanın işğalçılıq siyasətinə dəstək oldu. 
Prezident cənab İlham Əliyev  "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə son müsahibəsində Fransa dövlətinin Azərbaycana qarşı düşmənçilik siyasəti yürütdüyünü, ümumiyyətlə Fransanın müstəmləkəçi, neokolonist bir ölkə olduğunu bir daha qətiyyətli şəkildə dünya ictimaiyyətinə çatdırdı. 
Vətən müharibəsi zamanı da Makron hakimiyyəti ölkəmizə qarşı düşmən siyasətini davam etdirdi. Azərbaycan beynəlxalq hüququn  prinsiplərinə, eləcə də BMT TŞ-nın 4 qətnaməsinə əsasən öz torpaqlarını işğaldan azad edirdi. Makron hakimiyyəti müharibə və postmüharibə dövründə BMT TŞ-da 5 dəfə Azərbaycana qarşı qətnamə qəbul edilməsinə cəhdlər etdi. Hər dəfə Makron və onun ermənipərəst komandası Prezident cənab İlham Əliyev qarşısında məğlub oldular. Bu gün də Fransa,  Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına, iki dövlət arasında sülhün yaranmasına böyük mane olan dövlətlərin başında dayanır. Fransa başda olmaqla ABŞ və Hindistan Ermənistana  hücum və öldürücü silahlar verir. Makronun niyyəti Azərbaycanla Ermənistan arasında yeni müharibəyə xidmət edir. Bu dövlətlər Ermənistanı nə qədər silahlandırmağa çalışsalar da Azərbaycanın qarşısında tab gətirə bilməz. Ermənistanın siyasi rəhbərliyi başa düşməlidir ki, Azərbaycana qarşı yönələcək istənilən hərbi təxribatın cavabı çox ağır olacaq və bu gün Ermənistana havadarlıq edən dövlətlər onlara kömək edə bilməyəcək. Çünki  Prezident,  Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasında yer alır. 
Müsahibəsində ölkə başçımız bu gün də Makron rejiminin başqa dövlətlərə və xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyini və amansız cinayətlər törətdiyini vurğuladı. Makron rejimi Avropanın mərkəzində korsikalılara qarşı ağır cinayətlər törədir, Fransadan minlərlə kilometr uzaqlıqda olan Yeni Kolidoniyada və digər ərazilərdə xalqları müstəmləkədə saxlayır, onların maddi sərvətlərini talayır, dillərini, mədəniyyətlərini məhv etməyə çalışır. Makron Fransanın güclü bir dövlət olduğunu və hər kəsin bu dövlətin qarşısında qul kimi dayanacağını düşünür. Fransa və onun səriştəsiz prezidenti Makron anlamalıdır ki, onun qarşısındakı zəif bir ölkə yox, siyasi, iqtisadi,  hərbi cəhətdən güclü, dünyada böyük nüfuza sahib Azərbaycan dayanır. 

Kamilə Əliyeva 
BDU-nun kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031