"Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə güclü və güdrətli bir dövlət olduğunu bütün dünyaya sübut etdi"-KAMİLƏ ƏLİYEVA
Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə güclü və güdrətli bir dövlət olduğunu bütün dünyaya sübut etdi. Ölkəmiz eyni zamanda ədaləti və beynəlx alq hüququn aliliyini də təmin etmiş oldu. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Təəssüflər olsun ki, Fransa başda olmaqla bu dövlətin nəzarətində olan bəzi Avropa ölkələri tək regionda deyil, dünyada söz və nüfuz sahibinə çevrilməkdə olan ölkəmizi nüfuzdan salmaq niyyətini güdürlər. Son dövrlər Lüksemburq Azərbaycana qarşı yalan və iftiralarla dolu bəyanatlar səsləndirir. Lüksemburq kimi cırtdan bir ölkənin Azərbaycana qarşı bu cür siyasətin arxasında Fransanın durması hər kəsə məlumdur.
Cari ilin noyabrın 20-də Lüksemburq Deputatlar Palatasının ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv qətnamə qəbul etməsi riyakarlığın, siyasi avanturizmin nümunəsidir. Qətnamədə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa etməsinə, eləcə də separatizmin kökünün kəsilməsinə qarşı qeyd olunan fikirlər Azərbaycanın daxili işlərinə qarışmaqdır və bu yolverilməzdir. Palatada 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri barəsində əsassız fikirlər səsləndirilmişdir. Azərbaycanda mövcud Seçki Məcəlləsi tam demokratik, beynəlxalq standartlara uyğun hazırlanmışdır və ölkəmizdə keçirilən seçkilər beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilmişdir. Qətnamədə güya Azərbaycanda sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, insanların günahsız həbs olunması, eləcə də siyasi məhbusların olması barədə iddialar irəli sürülüb. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ən yüksək səviyyədədir. Azərbaycan qanunlarını pozan, tutduğu vəzifədən və siyasi baxışından asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyət daşıyır. Ölkəmizdə dövlət tərəfindən siyasi partiyalara yaradılmış şərait bir çox Avropa dövlətlərindən daha üstündür. Avropanın, xüsusən Fransanın şəhərlərində dinc nümayiş keçirmək istəyən insanların polis zorakılığına məruz qalmasına, güc strukturlarının küçədə insanlara işkəncə verməsinə, atların ayaqları altında əzilməsinə Lüksemburq parlamenti münasibət bildirmir. Fransa Korsikada, Yeni Kolidoniyada və digər ərazilərdə azadlıq və müstəqillik əldə etmək istəyən yerli xalqlara qarşı cinayətlər törədir, onları həbsə salırlar. Fransa, Niderland, XXI-ci əsrdə də kiçik ada dövlətlərə qarşı hələ də müstəmləkəçilik siyasəti həyata keçirlr. Lüksemburq Deputatlar Palatasının bu cinayətləri pislənməsi barədə qətnamə qəbul etməməsi onun da bu cinayətlərdə məsuliyyət daşıdığından xəbər verir.
AŞPA-nın 76 deputatının, o cümlədən, Lüksemburq Deputatlar Palatası üzvlərinin "persona non qranta" elan olunması dövlətimizin ərazi bütövlüyü və suverenliyinə aşkar hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlıdır. Azərbaycan bütün dövlətlər, və beynəlxalq təşkilatlarla konstruktiv dialoqa hazırdır və bərabərtərəfli, qarşılıqlı hörmətə söykənən siyasətin tərəfdarıdır. Dövlətimizə, ərazi bütövlüyü və suverenliyimizə qarşı yönəlmiş istənilən təxribata, qətnamələrə dövlətimiz tərəfindən adekvat cavab veriləcək.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor