COP29 çərçivəsində “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: OMBUDSMAN
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və COP29 çərçivəsində “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilmiş tədbirin iştirakçıları Kaşalata inklüziv kafesini ziyarət ediblər.
Autizmli və daun sindromlu şəxslərin işlə təmin olunduğu kafedə görüş zamanı əhalinin həssas qrupları arasında məşğulluğun artırılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində tədbirlərin olduqca mühüm əhəmiyyət kəsb etdiyi bildirilib, Ombudsmanın fəaliyyətində həmin şəxslərin hüquqlarının müdafiəsinin mühüm yer tutduğu vurğulanıb.
#Ombudsman #COP29