“İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 14-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə təşkil olunacaq.
Müzakirədə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlər, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirdə ekspertlərin iqlim dəyişikliyinin insan hüquqlarına təsiri, mövcud problemlər və onların həll yolları, əldə edilmiş müsbət təcrübələr barədə məruzələri dinləniləcək, müvafiq sahələr üzrə interaktiv müzakirələr aparılacaq.