azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının əməkdaşları Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəyə baş çəkiblər

24-12-2024 Baxılıb: 4

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır.

AzTurkxeber.az-ın məlumatına görə, Ombudsmanın tapşırığı ilə Aparatın əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsinə (Kompleksinə) baş çəkiblər.
Müəssisədə yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, Ombudsman Səbinə Əliyevanın qarşıdan gələn bayram və yeni il münasibətilə təbrikləri çatdırılıb, onlar üçün bayram ilə əlaqədar nahar süfrəsi təşkil olunub.
Başçəkmə çərçivəsində, həmçinin Aparatın əməkdaşları tərəfindən müəssisədə uşaqlarla maarifləndirici söhbətlər aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031