azturkxeber.az
http://azturkxeber.az

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları üçün hüquqi maarifləndirmə tədbiri keçirilib 

23-12-2024 Baxılıb: 3

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2024-cü il üzrə təsdiq olunmuş hüquqi maarifləndirmə ilə bağlı tədbirlər planı çərçivəsində növbəti tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşları üçün təşkil olunub.

Tədbirin əsas məqsədi ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) 4.8-ci bəndində nəzərdə tutulan YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə əhalinin müxtəlif qrupları üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanmasına yönəlib.

DQİDK sədrinin köməkçisinin, şöbə müdirlərinin və əməkdaşlarının cəlb olunduğu həmin tədbirdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov təlimçi qismində çıxış edərək, iştirakçılara təhsil sahəsində inklüzivliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən YUNESKO-nun “Təhsil hamı üçün” prinsipi, habelə insan hüquqları və azadlıqlarının mahiyyəti, əhalinin müxtəlif qruplarının hüquqları, bununla bağlı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər, beynəlxalq müqavilə qurumlarının fəaliyyəti, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsmanın mandatı və ona verilən yeni səlahiyyətlər barədə ətraflı məlumat verib.

İnteraktiv şəkildə davam edən tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031