EMEDIA GROUP” Media Təşkilatı tərəfindən Atatürk Mərkəzində Qadın Zorakılığına qarşı konfrans təşkil edilib
“EMEDIA GROUP” Media Təşkilatı tərəfindən Atatürk Mərkəzində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan “Yaşıl dünya naminə həmrəy olaq, qadın zorakılığına yox deyək!” mövzusunda konfrans təşkil edilib.
Müxtəlif dövlət, özəl qurumların, Milli Məclis deputatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Aytən Tarverdiyeva çıxış edərək, Ombudsmanın əhalinin həssas qruplarının, o cümlədən qadınların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.