azturkxeber.az
http://azturkxeber.az

ICOM-un baş direktoru Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib

18-11-2024 Baxılıb: 3

IMG

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda səfərdə olan Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru Medea Ekner və şuranın Kommunikasiya şöbəsinin rəhbəri Kristian Soberq Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizin bu aparıcı mədəniyyət ocağının tarixi, yerləşdiyi tarixi binalar, milli və dünya incəsənətini əhatə edən zəngin kolleksiyası, müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş mədəni və təhsil proqramları, digər fəaliyyət sahələri haqqında geniş məlumat verib. Həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin hər il ICOM-un irəli sürdüyü devizlər istiqamətində müxtəlif layihələrlə aktiv iştirak etdiyini nəzərə çatdırıb.

ICOM mənsubları muzeyin Azərbaycan və dünya sənət incilərindən ibarət daimi ekspozisiyası, COP29 çərçivəsində açılmış "Səttar Bəhlulzadə- təbiətin ecazkar nağılı", "Vəcihə Səmədova 100 - sənətkar ömrünün səhifələri", Əməkdar rəssam Məmməd Mustafayevin "Gizli və aşkar" sərgiləri ilə yaxından tanış olaraq xoş duyğularını ifadə ediblər və öz təəssüratlarını xatirə kitabına yazıblar.

Ziyarət zamanı, həmçinin Beynəlxalq Muzeylər Şurası ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında gələcək əməkdaşlıq məsələləri, şuranın fəaliyyətində fəal iştiraka dair digər məsələlər müzakirə olunub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031