Avropa Yanuş Korçak Akademiyasının dəvəti ilə Almaniyanın Münxen şəhərində azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə Münxendə yaşayan Azərbaycan və yəhudi diasporlarının fəalları, mədəniyyət xadimləri iştirak ediblər.
Təqdimatdan əvvəl tamaşaçılarla görüşən rejissor R.Əsədov təqdim olunan filmdə ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları Azərbaycana sonsuz məhəbbətlərinin, Vətənə bağlılıqlarının tərənnüm olunduğunu vurğulayıb. O, həmçinin, ekran əsərinin dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs etdiyini bildirib.
Qeyd olunub ki, film Azərbaycan ilə İsrail kinematoqrafçılarının birgə işidir.