Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi ümumi qayda müəyyən ediləcək.
AzTurkxeber.az -ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Nazirlər Kabineti qeyd olunan qaydanı altı ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir.