Bakıda 2 ay 25 gün əvvəl betona çırpılan mopedin sürücüsü ölüb
Bakıda 2 ay 25 gün əvvəl yol qəzasında xəsarət alan moped sürücüsü ölüb.
azturkxeber.az xəbər verir ki, bu il avqustun 9-da 2002-ci il təvəllüdlü Fərid Paşazadə idarə etdiyi mopedlə Atatürk prospekti ilə hərəkət edərkən "Gənclik tuneli"-nin girişində beton maneəyə çırpılıb. Nəticədə Fərid Paşazadə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq ötən gün Fərid Paşazadə müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.