azturkxeber.az
http://azturkxeber.az

Quba-Xınalıq yolunda tikilən yeni körpüdə betonlama işlərinə başlanılıb

10-12-2024 Baxılıb: 0

IMG

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba-Xınalıq yolunun 42-ci kilometrliyində sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.

Agentlikdən verilən məlumata görə, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur. İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031