azturkxeber.az
http://azturkxeber.az

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

29-11-2024 Baxılıb: 1

IMG

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha bir ərazidə - Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yerüstü piyada keçidinin inşasını yekunlaşdırmaq üzrədir.

azturkxeber.az agentliyə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,5, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.

İki giriş-çıxışdan ibarət olan keçiddə müasir lift sistemləri quraşdırılır, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulur. Layihə çərçivəsində yaxın günlərdə keçiddə təhlükəsizlik kameralarının quraşdırılması da nəzərdə tutulub.

Yeni yerüstü piyada keçidinin ətrafında artıq abadlaşdırılma işləri görülüb.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031