azturkxeber.az
http://azturkxeber.az

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb

26-11-2024 Baxılıb: 1

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC tərəfindən yeni məhsul istehsalına başlanılıb.

İZİA-dan bildirilib ki, zavodda ilk dəfə olaraq qəlbli keramik plitələrin (sürüşməyən keramoqranit) istehsalına başlanılıb.

Hazırda yeni məhsulun 3 ölçüdə (60x60 sm, 60x120 sm, 30x60 sm) istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar əsasən evlərin çöl sahələrində istifadə edilir.

Qeyd edək ki, Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC 2023-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. İndiyədək müəssisədə 60 milyon manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 1,85 milyon manatlıq hissəsi ixracın payına düşür.

İstehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031