azturkxeber.az
http://azturkxeber.az

İsveçrədə keçirilən konfransda Azərbaycan nümunəsində iqtisadiyyatın şaxələnməsinə dair məruzə dinlənilib

26-11-2024 Baxılıb: 1

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov İsveçrənin Cenevrə şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının (RACEF) dəvətilə “Dünyada gələcək iqtisadi artım, dayanıqlıq və mənfəətlilik” mövzusunda keçirilən 9-cu beynəlxalq konfransda “Ölkənin iqtisadi şaxələnməsinin dayanıqlı səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə Azərbaycan nümunəsi əsasında təqdim olunub.

Bu barədə  İdarəetmə Sistemləri İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda dünyanın müxtəlif ölkələrinin alimləri tərəfindən iqlim dəyişikliyi, müharibələr və koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və qarşısının alınması üsulları müzakirə edilib, təkliflər irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031