azturkxeber.az
http://azturkxeber.az

2024-2025-ci tədris ilində BDU-ya 176 əcnəbi tələbə qəbul olunub

19-11-2024 Baxılıb: 2

IMG

Bakı Dövlət Universitetinə (BDU) 2024-2025-ci tədris ilində 176 əcnəbi tələbə qəbul edilib. Bunlardan 61-i hazırlıq sektoruna, 16-sı doktorantura, qalanları isə bakalavriat və magistratura səviyyələrinə qəbul olub. 14 nəfər Hökumətlərarası Təqaüd Proqramı, 22 nəfər isə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı çərçivəsində BDU-da təhsil almaq hüququ qazanıb.

Universitetdən verilən məlumata görə, BDU-da ümumilikdə 411 nəfər əcnəbi tələbə təhsil alır.

Otuz iki ölkəni (ABŞ, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Belarus, İran, Pakistan, Sudan, Misir, Serbiya, Rumıniya, Mərkəzi Afrika Respublikası, Əlcəzair, Qambiya, Zambiya, Tayland, Sent-Vinsent və Qrenadinlər, Çad, Banqladeş, İndoneziya, İraq, Komor adaları, Kamerun, Fil Dişi Sahili, Keniya) təmsil edən əcnəbi tələbələr əsasən psixologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, iqtisadiyyat, jurnalistika, informasiya təhlükəsizliyi, təhsildə sosial-psixoloji xidmət ixtisaslarına üstünlük veriblər.

Qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031