Alparslan Bayraktar: "Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır
Azturkxeber.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Biz bu xəttin (Zəngəzur dəhlizi) həm enerji nöqteyi-nəzərindən (təchizat), həm də digər tərəflərdən reallaşmasını çox istəyirik. Çünki bu, həm bizim üçün, həm də Avropa üçün çox vacibdir. Ona görə də bu layihənin reallaşacağına ümid edirəm"
, - A.Bayraktar bildirib.
"Biz bu istiqamətdə işləyirik. Bundan əlavə, Naxçıvanda da günəş enerjisi potensialı yüksəkdir. Biz bu günəş elektrik enerjisinin Türkiyəyə tədarükü üzərində işləyirik",
- A.Bayraktar əlavə edib.