azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP-29-a dəstək yürüşü keçirəcək

10-11-2024 Baxılıb: 5

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP-29-a dəstək yürüşü keçirəcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) “Təmiz suda avar çək!” devizi altında Bakı bulvarında genişmiqyaslı yürüş təşkil edəcək. Tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək xarakteri daşıyır.

Yürüşdə Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, “Charles Regatta”nın idarə heyətinin rəhbəri Frederik Şox, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq iştirak edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031