azturkxeber.az
http://azturkxeber.az

Moldova MSK Maya Sandunun ölkə prezidenti vəzifəsinə mandatını təsdiq edib

09-11-2024 Baxılıb: 1

Moldova MSK Maya Sandunun ölkə prezidenti vəzifəsinə mandatını təsdiq edib

Moldova Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Moldovada noyabrın 3-də keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini təsdiqləyib.

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Fəaliyyət və Həmrəylik Partiyasının (PA) namizədi, hazırkı prezident Maya Sandunun qələbəsini və dövlət başçısı kimi yeni mandat almasını təsdiq edən protokolu imzalayıblar.

MSK-nın sədri Anjelika Karamanın sözlərinə görə, seçkilərin ikinci turunda ən çox səs toplayan namizəd Maya Sandu ölkə prezidenti seçilib. Maya Sandu 930 min 139 səs, solçuların namizədi isə Aleksanda Stoyanoqlo 750 min 430 səs toplayıb. 20 mindən çox bülleten etibarsız sayılıb.

Əsas seçici siyahılarına daxil edilmiş 2,7 milyondan çox seçicidən 1,7 milyon vətəndaş səs verib.

MSK-nın qərarı seçkilərin nəticələrini təsdiq etmək və Maya Sandunun prezidentlik mandatını təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031