Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma qaydaları dəyişdi
Müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
AzTurkxeber.az xəbər verir ki, qərara əsasən, viza almadan Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən çox ola bilməz.
Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.