azturkxeber.az
http://azturkxeber.az

"İcmaların gücləndirilməsi” tədbirləri çərçivəsində məlumatlandırma seminarları təşkil olunub

29-12-2024 Baxılıb: 1

 

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Seçilmiş icmalarda müxtəlif maraq qruplarının müəyyənləşdirilməsi, onların tələb və ehtiyaclarını nəzərə almaqla müvafiq meyarlar toplusunun hazırlanması, hər bir icma üzrə araşdırma işlərinin aparılması məqsədi ilə Dəyirmi Masa müzakirələrinin təşkili, "Meyarlar toplusu" sənədinin tərtib olunaraq İcma Fəaliyyət Qruplarına təqdim olunması haqqında” fəaliyyət istiqaməti üzrə layihə benefisiarı olan məcburi köçkünlərlə məlumatlandırma seminarları keçirilib.

AzTurkxeber.az xəbər verir ki, tədbirdə Kəlbəcər, Cəbrayıl, Şuşa, Ağdam, Laçın, Xocavənd, Xocalı, Füzuli və Zəngilan rayonlarından məcburi köçkün düşmüş 300 nəfər, o cümlədən 125 nəfər kişi, 175 nəfər qadın iştirak edib. İştirakçılara Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında məlumat verilib, proqramda iştirakçılığın yüksəldilməsinə zəmin yaratmaqla dövlətin onlara yaratdığı imkanlar diqqətə çatdırılıb. Köçürülmədə uğurla iştirak etmələri üçün tədbir iştirakçıları ilə birlikdə onların tələb və ehtiyaclarını nəzərə almaqla “Meyarlar toplusu” sənədinin ilkin layihəsi müzakirə olunaraq hazırlanmışdır. Bu praktiki məşğələlər daha cox gələcəkdə dayanıqlı icmaların formalaşdırılmasında lazımi bacarıqların icmalara təlim olunması məqsədini daşımışdır. Layihə idarəetmə qrupu tərəfindən layihənin uğurla icrasının təmin edilməsi məqsədilə layihə benefisiarlarının ehtiyaclarını özündə cəmləşdirən “Meyarlar toplusu” sənədinin məqsədi müxtəlif maraq qruplarının müəyyənləşdirilməsi, uğura təsirlərinin qiymətləndirilməsi, və uğura təsir edən amillərin təyin edilməsi ilə gələcək risklərin idarə olunmasıdır. Sonda tədbir iştirakçıların maraq doğuran sualları cavablandırılıb, qarşılıqlı məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031