azturkxeber.az
http://azturkxeber.az

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

28-12-2024 Baxılıb: 0

 Səhiyyə Nazirliyi bayram və istirahət günlərində yoluxma hallarının qarşısının alınması məqsədilə əhaliyə müraciət edib. Xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

Nazirliyin mətbuat xidmətindən azturkxeber.az-a bildirilib ki, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip hallarının artması daha çox müşahidə edilir.

Bildirilir ki, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi məqsədəuyğundur. Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.

Nazirlik hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031