azturkxeber.az
http://azturkxeber.az

"Mifoloji fikirlərdən biri də odur ki, insanlar idmanla məşğul olanda narkomaniya riski azalır".

27-12-2024 Baxılıb: 11

 “Ümumiyyətlə, insanlar niyə narkomaniyaya qoşulur? İlk qurşanan adamların sosial-mədəni statusu necə olub? Hansı şəraitdə ilk dəfə istifadə edib. Təəssüf ki, bu suallarla bağlı bir sosioloji tədqiqat yoxdur. 

AzTurkxeber.az xəbər verir ki,  Emil Maqalov bu sözləri "Yeni müsavat"-a açıqlamasında deyib. Ekspertin Mifoloji fikirlərdən biri də odur ki, insanlar idmanla məşğul olanda narkomaniya riski azalır. Bəli, idmanı haradasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Məsələn, sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qrupları sosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, narkotik istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb, təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır. 

Narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə, gördüyümüz kimi, müsbət nəticə, effekt yoxdur, hətta əksidir. Yəni bu cür tədbirlərə risk qrupunda olan insanlar dəvət olunmur. Bizə lazımdır ki, dediklərimizi ”tində duranlar", risk qrupunda olanlar eşitsin. Lakin biz həmişə tədbirlərə öndər gəncləri dəvət edirik, hansı ki, bəlkə 100 dəfə bu haqda eşidiblər. Onlara artıq bu maraqlı deyil və məsələni bəlkə bizdən də yaxşı bilirlər. Hesab edirəm ki, dövlət təhlükə səngiyənədək qrantlar ayırıb bu sahəni işləmiş QHT-lərə həvalə etsin. Daha bir məsələ, düşünürəm ki, narkomanlarla yox, məhz narkotacirlərlə əlaqəli bütün cəzalar daha da artırılmalıdır. 

“Azərbaycanda yetərincə yüksək keyfiyyətli müalicə müəssisələri varmı?” sualınıza gəldikdə isə deyə bilərik ki, dispanserlər, mərkəzlərin çoxu Bakıda cəmlənib, regionlarda demək olar ki, belə mərkəzlər yoxdur və ya fəaliyyəti qənaətbəxş deyil. Burada çox böyük zəncirvari subyektiv problemlər var. Faktiki olaraq stasionar yerlər, dərman çatışmazlığı mövcuddur, lazım olan bəzi dərmanlar əlçatan deyil. Bu da mütləq şəkildə müalicəyə mane olur. Beləliklə, qeyd etdiyim kimi, bütün stasionar yerlər Bakıda cəmləşdiyi üçün regionlarda olan narkotik istifadəçiləri paytaxta müalicəyə gələ bilmir. Təklif edirəm ki, bu bəlanın qarşısını almaq üçün ilk növbədə düzgün, lazımi antitəbliğat işləri aparılsın və bu haqda mütləq şəkildə rayonlarda narkodispanserlər və əsasən dövlətin Reabilitasiya mərkəzləri tikilsin. Yəni bunun yolu budur".
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov
onu da vurğulayıb ki, indi də cəmiyyət narkotik istifadəçisi müalicə olunub, normal həyata qayıtmaq istəyəndə onu qəbul etmək istəmir: “Niyə etmir, bu da aydındır. Əgər şəxs narkotik istifadəçisidirsə, deməli, ”cinayətkardır", deməli problemlidir, lazımsız bir insandır.

Əlbəttə ki, narkomaniyadan müalicə alanların demək olar ki, 50 faizi yenidən narkotikə qurşanır. Buna görə də cəmiyyət onlara etibar etmək istəmir. Bu zaman da onlar yenidən öz “kruquna” qoşulur, cəmiyyətdən özünü təcrid edir".

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi nin sədri,
ekspert Emil Maqalov. 

Xalidə GƏRAY,
“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031