“Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə daha bir “qara qutu” tapılıb.
Bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev Aktauda keçirdiyi brifinqdə məlumat verib.
“İki uçuş məlumatları qeydiyyat cihazı tapılıb və onlar əlavə ekspertiza üçün Hava Məkanında Qəzaların Araşdırılması İdarəsinə göndəriləcək”, - deyə o bildirib.