azturkxeber.az
http://azturkxeber.az

İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana başsağlığı verib

26-12-2024 Baxılıb: 4

  İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əhməd Safadi dekabrın 25-də Azərbaycanın bu ölkədəki səfirliyinə gələrək Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığını ifadə edib.

AzTurkxeber.az xəbər verir ki, Səfirlikdə açılan xatirə kitabında ürək sözlərini yazan spiker Əhməd Safadi İordaniya dövləti və xalqının bu ağır gündə Azərbaycanın yanında olduğunu, kədərini bölüşdüyünü və Krallığın ölkəmizə dəstək verməyə hazır olduğunu söyləyib.
Qeyd edək ki, İordaniyanın hökumət üzvləri, rəsmi şəxslər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, işgüzar dairələrin və ictimaiyyətin təmsilçiləri səfirliyə gələrək xatirə kitabına başsağlığı diləklərini yazırlar və kədərimizə şərik olduqlarını bildirirlər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031