azturkxeber.az
http://azturkxeber.az

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

26-12-2024 Baxılıb: 4

 Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

AzTurkxeber.az -a verilən məlumata görə, Milli Assambleyanın sədri bu barədə özünün sosial şəbəkə səhifəsində paylaşım edib. Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbərindən çox kədərləndiyini bildirən Sərdar Ayaz Sadiq, hadisə nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Pakistan hökuməti və xalqının bu kədərli gündə Azərbaycanın yanında olduğunu vurğulayan Milli Assambleyanın sədri yaralananların tezliklə sağalmasını arzulayıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031