azturkxeber.az
http://azturkxeber.az

Ali Məclis sədrinin birinci müavini Şərur rayonunda vətəndaşları qəbul edəcək

26-12-2024 Baxılıb: 0

 Dekabrın 27-si saat 15:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Şərur rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək. 

AzTurkxeber.az xəbər verir ki, qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Şərur Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Bu səbəbdən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun Şərur rayonunda 26-sı dekabr tarixində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dekabrın 27-si saat 15:00-a dəyişdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031